Gülləşçimiz Avropa çempionatında finala yüksəldi

Gülləşçimiz Avropa çempionatında finala yüksəldi
10.03.2026 20:40 İdman

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatı davam edir.

TodayPress TV-nin məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın sərbəst güləşçilərindən Ceyhun Allahverdiyev (61 kq) finala yüksəlib.

Yarımfinalda Başir Alili (Şimali Makedoniya) ilə qarşılaşan təmsilçimiz həlledici raunda adlayıb. Onun rəqibi zədələndiyi üçün qarşılaşmanı davam etdirə bilməyib.

Qeyd edək ki, ötən gün Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər. U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər