Güləşçilərimiz MDB Oyunlarını 20 medalla başa vurdu

Güləşçilərimiz MDB Oyunlarını 20 medalla başa vurdu
07.10.2025 23:00 İdman

III MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.

TodayPress TV xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60 güləşçi qələbə uğrunda mübarizə aparıb.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 6 medal qazanıb. Güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Təmsilçilərimizdən Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olmaqla, himnimizi səsləndiriblər.

Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) ikinci, Hikmət Haqverdiyev (55 kq) isə üçüncü yeri tutub.

Beləliklə, güləşçilərimiz ümumilikdə MDB Oyunlarında 20 (5 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanıb.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər