Güləşçilərimiz Avropada qızıl və bürünc üçün mübarizə aparacaq

Güləşçilərimiz Avropada qızıl və bürünc üçün mübarizə aparacaq
10.03.2026 10:23 İdman

Serbiyanın Zrenjanin şəhərində 23 yaşadək güləşçilərin Avropa Çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın iki sərbəst güləşçisi turnirin qızıl medalı uğrunda final görüşünə çıxacaq.

Sərbəst güləşçilərimizdən Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) Avropa çempionatının finalında baş mükafat uğrunda mübarizə aparacaqlar.

Bundan başqa, Musa Ağayev (65 kq) və Zəfər Əliyev (97 kq) qitə yarışında bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.

Avropa çempionatının ikinci günündə daha beş sərbəst güləşçimiz xalça üzərinə çıxacaq. Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) Zrenyanin turnirində ilk görüşlərini keçirəcəklər.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər