Güləşçilər Rusiyada 2 bürünc medal qazandılar

Güləşçilər Rusiyada 2 bürünc medal qazandılar
19.05.2025 15:29 İdman

Rusiyada keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turniri başa çatıb. 

TodayPress TV xəbər verir ki, Memorial turnirindən Azərbaycan komandasının qazancı iki bürünc medal olub. 

Kaspiysk turnirinin son yarış günü Cəbrayıl Qadjiyev adını turnirin mükafatçıları sırasına yazdırıb. 

Milli komandanın üzvü xatirə turnirində yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan təmsilçimiz ənənəvi yarışda bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.

Namiq HUN

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər