Gimnastlarımız dünya çempionatına yollandılar
Azərbaycanın bədii gimnastika üzrə yığma komandası Bolqarıstanda keçiriləcək yeniyetmələr arasında dünya çempionatında iştirak üçün bu ölkəyə yola düşüb.
TodayPress TV xəbər verir ki, iyunun 18-də start götürəcək Sofiya mundialında 72 ölkədən 370 gimnast iştirak edəcək.
Fərdi yarışlarda bədii gimnastlardan Şəms Ağahüseynova, İlahə Bahadırova, Fidan Qurbanlı və Azadə Atakişiyeva xalça üzərinə çıxacaqlar.
Qrup hərəkətləri üzrə komandaların yarışında isə ölkəmizi bədii gimnastlar Nəzrin Abdullayeva, Röya Alikişiyeva, Ayan Nəsirova, Şəms Müvəffəqi və Nəzrin Salmanlıdan ibarət yığma heyət təmsil edəcək.
Namiq HUN