Gimnastlar sinxron proqramda 2 medal qazandılar

Gimnastlar sinxron proqramda 2 medal qazandılar
26.05.2025 17:00 İdman

 Rusiyanın Krasnodar şəhərində keçirilən batut gimnastikası üzrə beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış edərək iki medal qazanıblar.   

TodayPress TV xəbər verir ki, gimnastlarımız müxtəlif yaş kateqoriyasında gümüş və bürünc medallara sahib olublar.       

Yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medala layiq görülüblər.   

Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medala sahib olublar.   

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər