"Gəncə" braziliyalı voleybolçu transfer etdi
Qadın voleybolçulardan ibarət "Gəncə" komandası heyətinə yeni oyunçu cəlb edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.
Braziliyalı voleybolçu Hellen Luvizetti Lacava ilə müqavilə imzalanıb.
ABŞ, Kosovo və Kanadada legioner həyatı yaşamış təcrübəli oyunçunun son klubu Fransanın "Volleyball Pays Viennois" komandası olub.