Dortmund nəhəngi Norveçdə yıxıldı: “Budё-Qlimt”dən sensasion qələbə!
Almaniyanın “Borussiya” (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Norveç təmsilçisi “Budё-Qlimt”ə səfərdə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Kovaç komandasının matçın ilk 55 dəqiqəsində yetərincə yaxşı oynamadığını etiraf edib. O, fasilədən sonra dörd dəyişiklik etdiyini, meydana çıxan futbolçuların oyunu gücləndirdiyini və yaxşı təsir bağışladığını qeyd edib.
Baş məşqçi ümumilikdə matçın onlar üçün alınmadığını və “Budё-Qlimt”in qələbəni haqq etdiyini açıq şəkildə bildirib.
Qarşılaşmada yeganə qolu 52-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Fredrik Şövold vurub.
Xatırladaq ki, Liqa mərhələsinin III turunda “Borussiya” (Dortmund) oktyabrın 20-də Bakıda “Sabah”ın qonağı olacaq.
Namiq HUN