Futbol tariximizin ən böyük transferi reallaşma üzrədir: “Seltik” Kamilo Duran üçün...
Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi barədə razılıq əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Seltik” kolumbiyalı futbolçu üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (12 milyon 500 min manat) ödəyəcək.
Bu, Azərbaycan futbolu tarixində satılan ən bahalı futbolçu keçidi olacaq.