Futbol dünyasını kədərləndirən etiraf: Luçesku meydanı istəyirdi
İdman
11.04.2026 11:45
Rumıniyalı məşqçi Mirça Luçesku ilə bağlı onun müalicə olunduğu dövrdə həkimi maraqlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Digi Sport” məlumat yayıb.
Buxarestdəki Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri Draqoş Vineryanu mərhum məşqçi ilə apardığı söhbətdən danışıb.
“Bir dəfə mənə dedi: “Professor, mənim yeganə istəyim futbol meydanında ölməkdir”. Hiss edirdim ki, o, özünü tam açıq ifadə edir və həyatla müəyyən harmoniyada idi. O, həmişə meydandan uzaq qalmasına görə təəssüflənirdi. Onun bütün həyatı orada keçmişdi.
Daim deyirdi: “Məni oyuna buraxın”. Bunu hər kəsə deyirdi və hamı bunu bilirdi. O, peşəsinə, futbola və bir neçə nəsilə həyatını həsr etmişdi. O, sanki futbolun dirijoru idi”, – deyə həkim bildirib.
Qeyd edək ki, Luçesku martin 29-da milli komandanın düşərgəsində məşqçilərlə görüş zamanı huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.
Daha sonra onun vəziyyəti ağırlaşıb, infarkt keçirib və reanimasiyaya köçürülüb. Mütəxəssis aprelin 5-də vəziyyətinin pisləşməsi fonunda reanimasiyaya yerləşdirilib və iki gün sonra vəfat edib.
Namiq HUN
tag: Mirça Luçesku,Rumıniya ,Baş məşqçi,Açıqlama,Todaypress.tv,
