FIFA qalmaqalı fonunda Ronaldu paylaşım etdi
İdman
11.04.2026 13:18
Kriştianu Ronaldu onun 2023-cü ildə “Əl-Nəsr” klubunda qazandığı qollarla bağlı yayılan müzakirələrə münasibət bildirib.
TodayPress TV xəbər verir ki, sosial şəbəkədə fan səhifəsi futbolçunun “Ərəb Çempionlar Kuboku”nda vurduğu 6 qolun rəsmi hesab edilib-edilməməsi ilə bağlı açıqlama yayıb.
Məlumata görə, hazırda FIFA turnirin statusunu dəqiq şəkildə təsdiqləməyib və bu səbəbdən müxtəlif statistik platformalar arasında fərqli rəqəmlər göstərilir. Bəzi mənbələr Ronaldunun karyerasında 961, digərləri isə 967 qol qeydə alır.
Fan səhifəsinin paylaşımında qeyd olunub ki, FIFA turniri rəsmi hesab edir və Ronaldu tərəfindən vurulan qolların hamısı onun karyera göstəricisinə daxil edilməlidir.
Kriştianu Ronaldu isə həmin paylaşımın altına şərh yazaraq “Qəbul etmək bir fəzilətdir” sözlərini bildirib.
Namiq HUN
tag: FİFA,Kriştianu Ronaldu,Əl-Nəsr,Paylaşım,Todaypress.tv,
