FIA prezidenti yaş baryerini aradan qaldırmaq istəyir!
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem təşkilatın rəhbər vəzifələrinə namizədlər üçün nəzərdə tutulan yaş məhdudiyyətinin ləğv edilməsini təklif edib.
TodayPress TV BBC-yə istinadən xəbər verir ki, bununla bağlı təklif gələn ay Şanxayda keçiriləcək Baş Assambleyanın təsdiqinə təqdim olunacaq.
FIA-nın hazırkı nizamnaməsinə əsasən, prezident komandasına daxil olmaq istəyən namizədlərin yaşı 75-dən çox olmamalıdır.
Yaş məhdudiyyəti ilk dəfə 2023-cü ildə, Məhəmməd ben Sulayemin prezidentlik müddətinin ilk ilində 70 yaş olaraq müəyyənləşdirilib. 2024-cü ildə isə bu hədd 75 yaşadək artırılıb.
FIA təşəbbüsün məqsədinin təşkilatlara namizədləri yaşından asılı olmayaraq seçmək imkanı yaratmaq olduğunu bildirib.
Federasiyanın nümayəndəsinin sözlərinə görə, mövcud məhdudiyyətlər namizədlərin təcrübəsi, ixtisası və bacarıqları nəzərə alınmadan, yalnız doğum tarixinə görə onların seçim prosesindən kənarlaşdırılmasına səbəb olur.
Qeyd edək ki, təklif yalnız FIA Baş Assambleyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Namiq HUN