Favoritlər gücünü göstərdi: Avropada 1/4 final həyəcanı başladı
İdman
10.04.2026 09:15
UEFA Avropa Liqası və Konfrans Liqasında 1/4 finalın ilk oyunları keçirilib.
TodayPress TV xəbər verir ki, ikinci oyun günündə bir neçə maraqlı qarşılaşma baş tutub.
UEFA Avropa Liqasında Almaniyanın “Frayburq” klubu doğma meydanda İspaniyanın “Selta” komandasını 3:0 hesabı ilə məğlub edib. Portuqaliyada keçirilən görüşdə “Portu” ilə İngiltərənin “Nottingem Forest” klubu 1:1 hesablı heç-heçə edib. İngiltərənin “Aston Villa” komandası isə səfərdə İtaliyanın “Bolonya” klubunu 3:1 hesabı ilə üstələyib.
UEFA Konfrans Liqasında da ilk 1/4 final oyunları oynanılıb. İspaniyanın “Rayo Valyekano” klubu Yunanıstanın AEK komandasını 3:0 hesabı ilə məğlub edib. Ukraynanın “Şaxtyor” kollektivi Niderlandın AZ Alkmaar klubunu eyni hesabla - 3:0 üstələyib. İngiltərənin “Kristal Pelas” komandası İtaliyanın “Fiorentina” klubuna qarşı 3:0 hesablı qələbə qazanıb. Fransanın “Strasburq” komandası isə Almaniyada “Maynts 05” klubuna 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.
Namiq HUN
tag: UEFA,Avropa Liqası,Konfrans Liqası,Futbol,Todaypress.tv,
