Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı!

Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı!
11.09.2026 11:33 İdman

Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında uğurla çıxış edib.

TodayPress TV xəbər verir ki, sentyabrın 8-də start götürən və 120 idmançının qatıldığı yarışda təmsilçilərimiz Fatimə Hüseynli və Yaylagül Ramazanova yüksək nəticələr göstəriblər.

70 metr məsafəyə qadınlar arasında fərdi yarışlarda ustad çıxış nümayiş etdirən Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və çempionatın qızıl medalını qazanıb. Eyni kateqoriyada mübarizə aparan Yaylagül Ramazanova isə komandamıza gümüş medal qazandırıb.

İnamlı çıxışını davam etdirən Fatimə Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə tandem təşkil edərək bürünc medala da sahib olub.

Qeyd edək ki, komandamız Belarus çempionatında baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi altında mübarizə aparıb.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı! — 1
Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı! — 2
Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı! — 3
Fatimə Hüseynlidən möhtəşəm nəticə: Bütün rəqiblərini geridə qoyaraq qızıl qazandı! — 4
XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər