F1-də yeni qayda səs-küy yaratdı: iki komanda modeli bitə bilər

İdman

16.02.2026 12:07

“Formula-1”də bir sahibin bir neçə komandaya malik olması qadağan edilə bilər. 

TodayPress TV xəbər verir ki, “Formula-1” üzrə icmalçı və texniki ekspert Mark Hyuz “Racing Bulls” komandasının mümkün satışı barədə danışıb.

Onun sözlərinə görə, təxminən üç mövsüm sonra qüvvəyə minə biləcək yeni reqlamentə əsasən, heç bir sahib eyni vaxtda iki komandaya malik ola bilməyəcək. Bu isə o deməkdir ki, həmin dövrdə “Red Bull” “Racing Bulls” komandasını satmalı ola bilər.

Beləliklə, komandanın satılması ehtimalı yaranır. “Red Bull” ikinci komandanı Kristian Hornerə satacaqmı? Hyuz bunun baş verəcəyi halda ironik olacağını qeyd edib. Əgər bu komanda satılmasa, ehtimal olaraq əsas komandanın satışı da gündəmə gələ bilər. Lakin ekspert belə bir ssenarini təsəvvür etməyin çətin olduğunu bildirib.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Komanda,Təklif,Qadağa,Todaypress.tv,