Estoniya rus idmançılarını buraxmadı, Avropa çempionatını itirdi

Estoniya rus idmançılarını buraxmadı, Avropa çempionatını itirdi
07.07.2026 05:47 İdman

Atıcılıq üzrə Avropa çempionatının keçirilmə yeri Estoniyadan İspaniyaya dəyişdirilib.

TodayPress TV xəbər verir ki, buna səbəb Estoniya tərəfinin Rusiya idmançılarının yarışda iştirakına icazə verməməsi olub.

Məlumata əsasən, məhz bu qərardan sonra çempionatın İspaniyada keçirilməsi barədə qərar qəbul edilib.

Yarışın yeni keçiriləcəyi tarix və digər təşkilati məsələlərlə bağlı əlavə məlumat verilməyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 IYUL 2026
Bütün Xəbərlər