Ən yaxşı qapıçının adı açıqlandı

Ən yaxşı qapıçının adı açıqlandı
18.05.2025 15:55 İdman

SSRİ-nin Moskva “Dinamo”sunun və İttifaq yığmasının sabiq qapıçısı Lev Yaşin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən tarixin ən yaxşı qapıçısı seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

İkinci yerdə italiyalı Canluici Buffon, üçüncü sırada isə almaniyalı Manuel Noyer qərarlaşıb.

İlk onluqda həmçinin İker Kasilyas, Rikardo Zamora (hər ikisi İspaniya), Qordon Benks (İngiltərə), Petr Çex (Çexiya), Dino Zoff (İtaliya), Sepp Mayer və Oliver Kan (hər ikisi Almaniya) yer alıblar.

Qeyd edək ki, Lev Yaşin 1950-1971-ci illərdə "Dinamo"da çıxış edib, 1954-1967-ci illərdə SSRİ yığmasının formasını geynib. O, "Dinamo"nun heyətində 5 qat SSRİ çempionu olub.

Bundan başqa, 5 dəfə gümüş, 1 dəfə bürünc, 3 dəfə isə SSRİ kubokuna sahib çıxıb. Sabiq "əlcək sahibi" milli komanda ilə birgə 1956-cı il Olimpiya Oyunlarının və 1960-cı il Avropa Çempionatının qalibi olub. Qolkiper həmçinin 1964-cü il Avropa çempionatını gümüş medalla başa vurub. Yaşin tarixdə “Qızıl top”u qazanan yeganə qapıçıdır. O, 1990-cı il martın 20-də 61 yaşında Moskvada vəfat edib.

XƏBƏR LENTİ
01 IYUN 2026
Zelenski elan etdi! Onlar Ukraynaya ilk dəfə gəlirlər – SƏBƏB... 09:33 Morqan Rodjers yay transfer bazarını silkələyə bilər 09:32 Neft həftəyə ARTIMLA başladı 09:29 Dünya bu açıqlamanı gözləyirdi: Qışa qədər... 09:22 Azərbaycan cüdoçuları Qrats tatamisində zirvəyə yüksəldi 09:16 Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 08:53 SEPAH ABŞ zərbəsinə sərt cavab verdi 08:41 Mehriban Əliyeva uşaqları təbrik etdi 08:34 Prezident 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi 08:30 ABŞ ordusu İran ərazisində hərbi hədəfləri vurdu 08:23 Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq 22:37 Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır 22:29 Yeddi komandanın hər biri mövsüm ərzində 100 milyon avrodan çox pul qazandı 22:23 NBA pley-offunun finalçıları müəyyənləşdi 22:20 Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı 22:16 Əfsanəvi qrup yeni tamaşaçı rekorduna imza atdı 22:18 Zidanın oğlu Əlcəzair millisinin heyətinə çağırıldı 22:14 Kvaratsxeliya Çempionlar Liqasında mövsümün oyunçusu seçildi 21:49 İstanbulda yaxta yandı 22:32 Zelenski onların vəzifəsini dəyişmək istəyir 22:26 Yapon turistə qarşı xoşagəlməz hərəkət: 66 yaşlı şəxs cəzalandırıldı - VIDEO 23:38 CNN: İran 18 yeraltı raket saxlama məntəqəsinə girişi bərpa edib 22:11 Tramp ABŞ-nin Türkiyədəki səfirini İraq üzrə xüsusi nümayəndə təyin etdi 21:51 Mingəçevirdə avtomobil 15 yaşlı qızı vurdu 21:47 Britaniyanın “Tempest” qırıcı proqramı gecikir 20:40 Bütün Xəbərlər