Əminə Əliyeva dünya çempionu oldu

Əminə Əliyeva dünya çempionu oldu
18.05.2025 16:40 İdman

Azərbaycan idmançısı Əminə Əliyeva İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında çempion olub.

TodayPress TV xəbər verir ki, foto və videoları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz İnstaqram səhifəsində paylaşıb.

11 yaşlı idmançı yüngül sanda növündə rəqibləri üzərində inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər