Əfsanəyə böyük ehtiram: “Dinamo” stadionuna Luçeskunun adı verilir
Buxarest “Dinamo”sunun yeni stadionu Mirça Luçeskunun adını daşıyacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Mediafax” nəşri məlumat yayıb.
Köhnə arenanın yerində inşa edilən yeni stadion “Dinamo Mirça Luçesku” adlanacaq.
Xatırladaq ki, 80 yaşında vəfat edən Mirça Luçesku futbolçu karyerasının 12 ilini “Dinamo”ya həsr edib. O, 1985–1990-cı illərdə Buxarest təmsilçisinin baş məşqçisi olub.
Namiq HUN