Əfsanə Ukraynaya tövsiyə etdi

Əfsanə Ukraynaya tövsiyə etdi
31.05.2025 11:05 İdman

Çexiya hokkeyinin əfsanəsi Dominik Haşek bildirib ki, ukraynalı tennisçilər Rusiya idmançılarının yarışlarda iştirakına görə Qadın Tennis Assosiasiyasını (WTA) məhkəməyə verməlidirlər.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

“WTA heç vaxt Rusiyanın işğalçı müharibəsini rəsmi şəkildə pisləməyən rusiyalı tennisçilərin matçlarda iştirakına icazə verməkdə davam edir. 

Ukraynalı idmançıların rusiyalılara qarşı yarışması böyük travma sayılmalıdır. Onlar bu təşkilatı məhkəməyə verməlidirlər. İnanıram ki, onlara böyük psixoloji ziyana görə yüz milyonlarla avro kompensasiya veriləcək”, – Haşek bildirib.

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər