Dünya çempionatında avtoqol REKORDU
2026 FIFA Dünya Çempionatında yeni rekord qeydə alınıb.
TodayPress TV xəbər verir ki, turnirdə artıq 13 avtoqol vurulub.
Əvvəlki rekord 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatına məxsus idi və həmin turnirdə 12 avtoqol qeydə alınmışdı.
Beləliklə, 2026 mundialı avtoqolların sayına görə yeni rekordla futbol tarixinə düşüb.
Kübra Musayeva