Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi oldu

Dünya çempionatı: Zelim Tçkayev gümüş medalın sahibi oldu
07.10.2026 19:14 İdman

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

TodayPress TV xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada gürcüstanlı Tato Qriqalaşvili ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Z.Tçkayev gümüş mükafatla kifayətlənib.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

XƏBƏR LENTİ
07 OKTYABR 2026
Bütün Xəbərlər