DÇ-2026: Mərakeş Niderlandı məğlub etdi

DÇ-2026: Mərakeş Niderlandı məğlub etdi
30.06.2026 08:14 İdman

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, pley-off mərhələsində Niderland və Mərakeş milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 05:00-da başlayıb.

Oyunda hesab 72-ci dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı önə keçirən qolu vurub. 90+1-ci dəqiqədə İssa Diop hesabı 1:1 edib və matç əlavə vaxta gedib.

Artırılan hissələrdə də tarazlıq pozulmayıb və qalib penaltilər seriyasından sonra bəlli olub.

Penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi adını 1/8 finala yazdırıb: 3:2.

Afrikalılar bu mərhələdə Kanada ilə qarşılaşacaqlar.

TodayPress TV 

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər