DÇ-2026: Meksika 1/8 finala yüksəldi

DÇ-2026: Meksika 1/8 finala yüksəldi
01.07.2026 08:17 İdman

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

TodayPress TV xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Meksika və Ekvador milliləri üz-üzə gəlib

Haca şəraitinə görə 1 saat ertələnən görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

Oyunda hesab 22-ci dəqiqədə açılıb. Kinyones baxımlı qolla Meksikanı hesabda önə keçirib: 1:0. Çox keçmədən Meksika daha bir qol vurub. 31-ci dəqiqədə Raul Ximenez fərqi artırıb: 2:0.

Matçda başqa qol vurulmayıb və Meksika millisi adını pley-offa yazdırıb.

Meksika 1/8 final mərhələsində İngiltərə – Konqo Demokratik Respublikası duelinin qalibi ilə üz-üzə gələcək.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər