DÇ-2026 ilə bağlı mühüm mesaj: İran iştirak edəcək!
İdman
11.03.2026 13:16
FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü barədə danışıb.
TodayPress TV xəbər verir ki, İnfantino görüş zamanı 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq məsələlərini müzakirə etdiklərini bildirib.
“Bu axşam ABŞ prezidenti Donald C. Trampla qarşıdakı FIFA dünya çempionatına hazırlıq prosesini və turnirin başlanmasına qalan 93 gün ərzində artan gözləntiləri müzakirə etdik”, – deyə İnfantino bildirib.
O qeyd edib ki, görüş zamanı İranla bağlı mövcud vəziyyət və İran millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması da müzakirə olunub.
“Prezident Tramp söhbət zamanı bir daha təsdiqlədi ki, İran millisi ABŞ-da keçiriləcək dünya çempionatında mütləq iştirak edə bilər”, – deyə FIFA prezidenti vurğulayıb.
İnfantino əlavə edib ki, dünya çempionatı kimi turnirlər insanları bir araya gətirən mühüm hadisələrdir.
“İndi hər zamankından daha çox insanları birləşdirən belə tədbirlərə ehtiyac var. ABŞ prezidentinə göstərdiyi dəstəyə görə minnətdaram. Bu, futbolun dünyanı birləşdirdiyini bir daha sübut edir”, – deyə o bildirib.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Namiq HUN
tag: Canni İnfantino ,FIFA ,Görüş,Tramp,Todaypress.tv,
