DÇ-2026: Bu milli komandalar 1/16 final oyununa çıxırlar
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində növbəti oyunlar keçiriləcək.
TodayPress TV xəbər verir ki, Hyuston stadionunda Braziliya və Yaponiya yığmaları qarşılaşacaq.
Həmçinin Almaniya Paraqvay, Niderland isə Mərakeş ilə üz-üzə gələcək.
DÇ-2026
1/16 final
29 iyun
21:00. Braziliya - Yaponiya
Baş hakim: Mauritsio Mariani (İtaliya).
Hyuston stadionu
30 iyun
00:30. Almaniya - Paraqvay
Baş hakim: Calal Cayed (Mərakeş).
Boston stadionu
05:00. Niderland - Mərakeş
Baş hakim: Vilton Sampayo (Braziliya).
Monterrey stadionu
Xatırladaq ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.