DÇ-2026: Avstraliya - Misir oyununda hesab bərabərləşdi - YENİLƏNDİ

DÇ-2026: Avstraliya - Misir oyununda hesab bərabərləşdi - YENİLƏNDİ
03.07.2026 23:25 İdman

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Avstraliya hesabı bərabərləşdirib - 1:1.

55-ci dəqiqədə Mohamed Haninin avtoqolu "status-kvo"nu bərpa edib.

23:08

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ikinci hissə başlayıb.

22:53

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk hissə bitib.

22:25

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

13-cü dəqiqədə Emam Aşur başla dəqiq oynayıb. 

22:10

Futbol üzrə dünya çempionatının Avstraliya - Misir oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, 1/16 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı uruqvaylı FIFA referisi Qustavo Texera idarə edir.

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər