DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ

DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ
07.07.2026 22:06 İdman

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda beşinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 3:2.

90+3-cü dəqiqədə Enzo Fernandes fərqlənib.

21:58

21:52

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda dördüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesabı bərabərləşdirib - 2:2.

83-cü dəqiqədə Lionel Messi fərqlənib.

21:45

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda üçüncü qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi hesab arasındakı fərqi azaldıb - 1:2.

79-cu dəqiqədə Kristian Romero Messinin ötürməsini qola çevirib.

20:34

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabdakı üstünlüyünü möhkəmləndirib - 2:0.

67-ci dəqiqədə Mustafa Ziko rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.

20:55

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ikinci hissə başlayıb.

TodayPress TV xəbər verir ki,  Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.

20:55

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk hissə bitib.

TodayPress TV xəbər verir ki,  Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabda irəlidədir - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla "çərçivə"ni dəqiq nişan alıb.

Qarşılaşmanın 21-ci dəqiqəsində Argentina yığmasının kapitanı Lionel Messi penalti zərbəsindən yararlana bilməyib. Onun vuruşunu rəqib qapıçı Mustafa Şubir qaytarıb.

20:32

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyununda ilk qol vurulub.

TodayPress TV xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/8 final mərhələsinin matçında Afrika təmsilçisi hesabı açıb - 1:0.

15-ci dəqiqədə Yasser İbrahim başla çərçivəni dəqiq nişan alıb.

20:03

Futbol üzrə dünya çempionatının Argentina - Misir oyunu başlayıb.

TodayPress TV xəbər verir ki, 1/8 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı fransalı FIFA referisi Fransua Leteksye idarə edir.

XƏBƏR LENTİ
08 IYUL 2026
Bütün Xəbərlər