Daha bir güləşçimiz Avropa çempionatında gümüş medalını qazandı

Daha bir güləşçimiz Avropa çempionatında gümüş medalını qazandı
11.03.2026 23:50 İdman

Azərbaycanın daha bir güləşçisi Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

TodayPress TV-nin  məlumatına görə Yusif Dursunov (125 kq) gümüş medal sahibi olub. O, finalda rusiyalı Habib Davudqadjiyevə məğlub olub.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Ali Tsokayev (92 kq) Avropa çempionu adını qazanıb, Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırovla (57 kq) Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər