Cüdoçular mundiala xoş əhval-ruhiyyədə yollanırlar

Cüdoçular mundiala xoş əhval-ruhiyyədə yollanırlar
20.05.2025 14:06 İdman

Macarıstanda baş tutacaq dünya çempionatı ərəfəsində cüdoçuların reytinqi açıqlanıb.   

TodayPress TV xəbər verir ki, cüdoçularımızın bir qismi iyunun 13-də start götürəcək Budapeşt mundialı öncəsi öz reytinqini yaxşılaşdırıb.

Elcan Hacıyev (90 kq) bir pillə irəliləyərək 5-ci yerə yüksəlib. Zelim Tçkayev (81 kq) sıralamanın altıncısıdır. Balabəy Ağayev (60 kq) isə ilk onluqda yerini bərpa edib. Uşanqi Kokauri (+100 kq) də mövqeyini qoruyub.   

Dünya reytinqinin ön sırasında olan Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) da liderliklərini davam etdirirlər.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər