Cokoviçdən məğlubiyyətdən sonra rəqibinə hörmət mesajı

Cokoviçdən məğlubiyyətdən sonra rəqibinə hörmət mesajı
12.03.2026 16:29 İdman

Dünya reytinqində üçüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç ABŞ-da keçirilən “Indian Wells Masters” turnirindəki məğlubiyyətdən sonra sosial şəbəkədə paylaşım edib.

TodayPress TV xəbər verir ki, turnirin dördüncü mərhələsində britaniyalı Cek Dreyperə 6:4, 4:6, 6:7 (5:7) hesabı ilə məğlub olan Cokoviç paylaşımında rəqibini təbrik edib:

“Bu, səhrada çətin bir axşam idi. Təbriklər, Cek Dreyper – buna layiq idin. Səni yenidən əla formada kortda görmək çox xoşdur. Belə davam et! Bu həftə burada mənə dəstək olan hər kəsə enerji üçün təşəkkür edirəm. Tennis cənnətindən daha yaxşı yer yoxdur. Tezliklə görüşərik”!

Qeyd edək ki, Cek Dreyper turnirin 1/4 final mərhələsində rusiyalı tennisçi Daniil Medvedevlə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər