Çimərlik güləşçilərinin Dünya Seriyası başlayır
Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi start götürəcək.
TodayPress TV xəbər verir ki, 4-cü dəfə təşkil ediləcək yarışda ölkəmizi Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edəcək.
Bu gün təsnifat mərhələsi və qruplarda ilk iki turun görüşləri baş tutacaq. Sentyarın 28-də isə qruplarda son turun qarşılaşmaları, 1/4 final, yarımfinal və medallar uğrunda görüşlər keçiriləcək.
Namiq HUN