Çempionlar Liqası: “Real” “Siti”ni şoka saldı, PSJ “Çelsi”ni darmadağın etdi!

İdman

12.03.2026 09:25

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.

TodayPress TV xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Çərşənbə günü keçirilən matçlardan sonra “Pari Sen-Jermen”, “Real Madrid” və “Bodo-Qlimt” növbəti mərhələyə yüksəlmək üçün ciddi üstünlük əldə ediblər.

Turnirin hazırkı qalibi PSJ 1/8 finalın ilk görüşündə doğma meydanda “Çelsi”ni 5:2 hesabı ilə məğlub edib.

Digər qarşılaşmada yarımmüdafiəçi Federiko Valverde het-trik edərək “Real Madrid”in “Mançester Siti” üzərində 3 top fərqli üstünlük qazanmasına kömək edib.

Bu arada “Bodo-Qlimt” uğurlu çıxışını davam etdirərək “Sportinq”i 3:0 hesabı ilə məğlub edib.

Turnirin liqa mərhələsində bütün səkkiz oyunda qalib gəlmiş “Arsenal” isə səfərdə “Bayer”lə 1:1 hesablı heç-heçə edib.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları 17–18 mart tarixlərində keçiriləcək.

Namiq HUN

TodayPress TV

tag: ÇL,Real Madrid,Mançester Siti,Pari Sen-Jermen,Todaypress.tv,