Ceko “Fənər”lə vidalaşdı
Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça"da ayrılıq yaşanıb.
TodayPress TV xəbər verir ki, "sarı-lacivərdlilər"in ulduz futbolçusu Edin Ceko komandanı tərk edib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 39 yaşlı hücumçu "Fənər"in heyətində iştirak etdiyi 99 rəsmi matçda 46 qol, 18 assistlə yadda qalıb.