Bu gecə Avropada yeni tarix yazılacaq

Bu gecə Avropada yeni tarix yazılacaq
27.05.2026 09:35 İdman

Bu gün UEFA Konfrans Liqasının qalibinin adına aydınlıq gələcək.

TodayPress TV xəbər verir ki, baş mükafat uğrunda tarixlərində ilk dəfə Avropa kubokunun finalına yüksələn İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları mübarizə aparacaq.

Final görüşünü italiyalı referi Mauritsio Mariani idarə edəcək. Ona bu işdə laysmanlar - Daniele Bindoni və Alberto Tegoni kömək edəcəklər. Dördüncü hakim funksiyasını İsveçdən olan Qlenn Nyberq yerinə yetirəcək. VAR-ın varlığını isə italiyalı Marko Di Bello sübut edəcək.

Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda baş tutacaq matç Bakı vaxtilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasının qalibi yeni mövsüm Avropa Liqasının liqa mərhələsində top qovacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər