Böyük seçim anı: Levandovski yol ayrıcında

İdman

11.04.2026 12:45

Robert Levandovskinin “Barselona”dakı gələcəyi ilə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir.

TodayPress TV xəbər verir ki, “Mundo Deportivo” nəşrinin məlumatına görə,  futbolçunun agenti Pini Zahavi bu həftə Kataloniya təmsilçisinin nümayəndələri ilə görüşərək 37 yaşlı hücumçunun müqaviləsinin uzadılması ilə bağlı təklifləri müzakirə edib.

Bildirilir ki, “Barselona” futbolçunun müqaviləsini daha bir il uzatmağa hazırdır, lakin bunun üçün ciddi maaş azaldılması şərt kimi irəli sürülür.

Eyni zamanda, Levandovskiyə “Milan”, “Yuventus”, “Çikaqo Fayr” və Saudi Pro Liqa klublarından da təkliflər var.

Futbolçunun bütün variantları dəyərləndirərək aprelin sonuna qədər yekun qərar verəcəyi bildirilir.

Levandovski cari mövsümdə 39 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında onun bazar dəyəri 8 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Robert Levandovski,Barselona,Klub,Müqavilə,Todaypress.tv,