Böyük karyeraya son: Fernando Rejes vidalaşdı
İdman
11.04.2026 13:00
“Qalatasaray” klubunun sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını yazıb.
Qeyd edək ki, Fernando Rejes 2017-2019-cu illərdə “Qalatasaray”da çıxış edib. O, bu müddət ərzində 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi İstanbul təmsilçisinin heyətində 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.
Rejes peşəkar karyerası ərzində Braziliyanın “Vila Nova” “İnternasional”, Portuqaliyanın “Portu”, “Eştrela”, İngiltərənin “Mançester Siti” və İspaniyanın “Sevilya” klublarının da formasını geyinib.
Namiq HUN
tag: Qalatasaray,Fernando Rejes,Karyera,Futbol,Todaypress.tv,
