Böhranlı “Tottenhem”ə yeni ümid - Tudor iş başında

İdman

14.02.2026 17:06

İngiltərənin “Tottenhem” klubu komandanın yeni baş məşqçisinin təyinatını rəsmən açıqlayıb. 

TodayPress TV xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata əsasən, xorvatiyalı mütəxəssis İqor Tudor mövsümün sonuna qədər London təmsilçisinə rəhbərlik edəcək.

Bildirilir ki, klub rəhbərliyi yeni baş məşqçidən komandanın oyununa daha çox nizam-intizam, intensivlik və rəqabət ruhu gətirməyi gözləyir.

47 yaşlı mütəxəssis bundan əvvəl “Yuventus”, “Latsio”, “Marsel” və “Verona” kimi klublarda çalışıb. Onun təcrübəsi xüsusilə taktiki intizam və yüksək tempə əsaslanan oyun modeli ilə seçilir.

Hazırda Premyer Liqada 26 turdan sonra 29 xal toplayan “Tottenhem” turnir cədvəlində 16-cı pillədə qərarlaşıb və mövsümün həlledici mərhələsində nəticələri yaxşılaşdırmağa çalışacaq.

Namiq HUN

TodayPress TV

tag: Tottenhem,İqor Tudor,Klub,Təyinat,Todaypress.tv,