Beynəlxalq təcrübə: tennisçilərimiz Super Liqada oynayır

İdman

11.04.2026 15:34

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasında çıxışlarını davam etdirirlər. 

TodayPress TV xəbər verir ki, seçmə komandanın üzvləri Zemfira Mikayılova ilə Mərziyyə Nurmətova növbəti dəfə “Masader Spor Klubu” tərəfindən dəvət alıb.

Stolüstü tennisçilərimiz yarışın ikinci turunun oyunlarında bu komandanın uğurları üçün çalışacaqlar. Ankara təmsilçisi Türkiyə çempionatının iddialı komandalarından sayılır. “Masader Spor Klubu” bu mövsüm də mükafatlar uğrunda mübarizə aparmaqdadır. 

Stolüstü tennisçilərimizin Türkiyə Super Liqasında çıxışına gəldikdə isə, Azərbaycan Stolüstü Tennis Federasiyasının təklifi müsbət qarşılaması, idmançıların oyun təcrübəsinin artırılması və qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Namiq HUN

TodayPress TV

tag: Türkiyə Super Liqası,Stolüstü,Tennis,Yarış,Todaypress.tv,