“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı
Türkiyənin "Beşiktaş" klubu 6 futbolçu ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Super Liqa nəhəngi icarəyə götürdüyü Kristian Asllani ("İnter"), Jota Silva ("Nottingem Forest"), El Bila Ture ("Atalanta"), Cengiz Ünder ("Fənərbaxça") və Deniz Vaskeslə ("Roma") vidalaşıb.
"Beşiktaş" həmçinin Salih Uçanın iyunun sonunda başa çatan müqaviləsinin müddətini artırmayıb. 32 yaşlı yarımmüdafiəçi azad agent statusu ilə klubu tərk edib.