Belçika və Monza mərhələlərində “Ferrari”dən sürpriz debüt
İdman
11.03.2026 13:38
“Ferrari” yeni mühərrik üzərində işləyir və onun mövsüm ərzində debüt edə biləcəyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə İtaliya nəşri “Autoracer” məlumat yayıb.
Bildirilib ki, 2026-cı il mövsümünə “Ferrari” 2025-ci il mühərrikinin təkmilləşdirilmiş versiyası ilə başlayıb. Bu qərar etibarlılığı təmin etmək və yeni yanacaq tələblərinə uyğunlaşmaq üçün qəbul olunub, lakin gələcək inkişaf imkanlarını məhdudlaşdırır.
Mənbənin məlumatına görə, tamamilə yeni mühərrik arxitekturası artıq test stendində sınanır. Lazım gələrsə, yeni mühərrik mövsümün sonuna qədər – ehtimal ki, Belçika Qran-prisindən sonra və ya Monza mərhələsinə qədər – istifadəyə verilə bilər. Əvvəlcə bu güc qurğusunun debütü 2027-ci il üçün nəzərdə tutulmuşdu. Son qərar isə ADUO sistemi qiymətləndirmələri və çempionatın təqviminə əsaslanacaq.
Cari mövsümdə komandalar üçün əsas çağırış turboladerin idarə olunması və mühərrikin sabit performansını qorumaqdır.
Namiq HUN
tag: Ferrari,Belçika,Monza ,Qran-pri,Todaypress.tv,
