Bədii gimnastlar Avropa kubokunda 5 medal qazandılar

Bədii gimnastlar Avropa kubokunda 5 medal qazandılar
19.05.2025 11:52 İdman

Bədii gimnastika üzrə Azərbaycan komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa kubokunda dörd gümüş və bir bürünc medal qazanıb.   

TodayPress TV xəbər verir ki, yeniyetmə gimnastların turnirində Fidan Qurbanlı gürzlərlə çıxışda, Şəms Ağahüseynova isə lentlə hərəkətlərdə gümüş medal qazanıb. 

Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Orucludan ibarət yeniyetmə gimnastların qrupu beş halqa ilə hərəkətdə bürünc medal qazanaraq fəxri kürsüyə yüksəlib.

Daha əvvəl isə komandamız çoxnövçülükdə ikinci olub. 

Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət böyüklər qrupu isə üç top və iki halqa ilə hərəkətdə gümüş medal qazanıb.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər