Bədii gimnast Kramarenko reabilitasiya barədə açıqlama verdi

İdman

11.03.2026 13:28

Bədii gimnastika üzrə yeniyetmələr arasında üçqat dünya çempionu Lala Kramarenko dizindən keçirdiyi əməliyyatdan sonra reabilitasiya prosesindən danışıb.

TodayPress TV xəbər verir ki, gimnast 2024-cü ilin iyulunda dizindən əməliyyat olunub və bərpa prosesinin çox çətin keçdiyini bildirib.

“Diz əməliyyatından sonra bərpa prosesi çox çətin oldu, təxminən bir il yarım davam etdi. Bu müddətdə ailəm, yaxınlarım və doğmalarım məni daim dəstəklədilər. Həmçinin İrina Aleksandrovna Viner mənə İsrailə gedərək müalicə kursu keçmək imkanı yaratdı. Hər həkimin öz müalicə üsulu var, lakin təəssüf ki, hamısı mənə kömək etmədi. İndi artıq reabilitasiya planımızı müəyyən qədər qurmuşuq. Bir il yarımdan sonra ayağımın üzərinə normal basa bildim. Həqiqətən çox çətin idi, çünki problem yalnız menisklə bağlı deyildi. Bərpa olunduğuma görə çox şadam və yenidən yarış meydançasına qayıtmaq istəyirdim”, – deyə Kramarenko bildirib.

Qeyd edək ki, Lala Kramarenko 2026-cı il Rusiya çempionatında iştirak edib. Lakin o, çoxnövçülük üzrə təsnifat mərhələsini keçə bilməyərək 20-ci yeri tutub.

Xatırladaq ki, Lala Kramarenko 2021-ci ilin Avropa çempionu, 2019-cu ilin gənclər arasında dünya çempionu və 2018-ci ilin gənclər arasında Avropa çempionudur. O, 2024-cü ildə keçirilən Rusiya çempionatında beş qızıl medal qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Lala Kramarenko,Bədii gimnast,Əməliyyat,Reabilitasiya,Todaypress.tv,