“Bayer” Erik ten Haqla anlaşdı

“Bayer” Erik ten Haqla anlaşdı
26.05.2025 14:40 İdman

“Bayer Leverkuzen” klubu Erik ten Haqın komandanın yeni baş məşqçisi təyin olunduğunu rəsmən elan edib.   

TodayPress TV xəbər verir ki, niderlandlı mütəxəssislə imzalanan müqavilə 2027-ci ilə qədər qüvvədə olacaq. 

Ten Haqın son iş yeri “Mançester Yunayted” klubu olub. O, “qırmızı şeytanlar”ı 2022-ci ilin yayından 2024-cü ilin oktyabrına qədər çalışdırıb.   

Bu müddət ərzində klub İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunun qalibi olub. 

Erik ten Haqın rəhbərliyi altında "Mançester Yunayted" ümumilikdə 128 oyuna çıxıb. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər