“Bavariya”da Noyer dövrü başa çatır? Üç qapıçı hədəfdə

“Bavariya”da Noyer dövrü başa çatır? Üç qapıçı hədəfdə
10.11.2026 13:04 İdman

Münhenin “Bavariya” klubu mövsümün sonunda karyerasını başa vuracağı gözlənilən əsas qapıçısı Manuel Noyerin əvəzləyicisi üçün üç namizədi nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, “Sky Germany” nəşrinin məlumatına görə, klubun qısa siyahısında “Hoffenhaym”dan Oliver Baumann, “Fulhem”dən Bernd Leno və “Şalke”dən Loris Karius yer alıb.

Bildirilir ki, Noyerin ehtiyat qapıçısı Yonas Urbiq komandanın gələcək əsas qapıçısı kimi nəzərdə tutulur. İkinci qapıçı mövqeyinə isə Urbiqə rəqabət yarada biləcək təcrübəli futbolçunun gətirilməsi planlaşdırılır.

Baumann “Bavariya”nın növbəti mövsüm üçün əsas seçimidir. Leno və Karius isə alternativ namizədlər hesab olunur.

“Fulhem”in qapıçısının müqaviləsi gələn yay başa çatır. Bununla belə, İngiltərə klubu sözləşməni birtərəfli qaydada uzatmaq hüququna malikdir. Kariusun Münhen klubuna mümkün transferi isə “Şalke”nin Bundesliqada yerini qoruyub-saxlamamasından asılıdır.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər