“Bavariya” "Liverpul”un hədəfinə göz dikdi

İdman

11.04.2026 11:54

Entoni Qordon transfer bazarında Avropanın top klublarının diqqət mərkəzinə düşüb.

TodayPress TV “Caught Offside”a istinadən xəbər verir ki, “Bavariya” ingiltərəli vingerlə maraqlanır və futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Bildirilir ki, “Liverpul” və “Arsenal” da 25 yaşlı futbolçunun vəziyyətini izləyir.

Məlumata görə, “Nyukasl Ynayted” oyunçunun mümkün transferindən təxminən 90–100 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Qordon cari mövsümdə bütün turnirlərdə 45 oyuna çıxaraq 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.

Namiq HUN

TodayPress TV

tag: Entoni Qordon,Liverpul,Arsenal,Nyukasl Ynayted,Todaypress.tv,