“Bavariya” buraxmaq istəmir, “Barselona” isə tələsir: Qışda gərgin mübarizə!
“Barselona” “Bavariya”nın əsas mərkəz müdafiəçisi Conatan Tanı heyətinə qatmağı hədəfləyib.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Germany” nəşri məlumat yayıb.
Kataloniyalılar bu transferi yanvar transfer pəncərəsində reallaşdırmağı nəzərdən keçirirlər.
Bildirilir ki, “göy-qırmızılar”ın idman direktoru Deku gənc Pau Kubarsi ilə tandemdə əlavə sabitlik və liderlik keyfiyyətləri təmin edə biləcək təcrübəli mərkəz müdafiəçisi ilə “Barselona”nın müdafiə xəttini gücləndirmək istəyir.
“Bavariya” isə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulan Ta ilə vidalaşmaq üçün heç bir səbəb görmür. Futbolçunun özünün də klubda özünü rahat hiss etdiyi və bütün diqqətini Münhendəki idman vəzifələrinə yönəltdiyi bildirilir.
Namiq HUN