“Bavariya” 31 illik kabusu yenidən yaşadı!

İdman

29.04.2026 09:00

“Bavariya” avrokuboklarda 31 ildən sonra ilk dəfə 5 top buraxıb.

TodayPress TV “Opta”ya istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda Fransada PSJ-yə 4:5 hesabı ilə məğlub olan Almaniyanın “Bavariya” klubu 1995-ci ilin aprelindən bəri ilk dəfə avrokubok matçında qapısında 5 top görüb.

Sonuncu belə hal 1994/1995 mövsümündə Çempionlar Liqasının yarımfinalında Amsterdam “Ayaks”ına qarşı səfər oyununda qeydə alınıb. Həmin görüşdə “Bavariya” 2:5 hesabı ilə uduzub.

Bununla yanaşı, PSJ 2025/2026-cı illər mövsümündə Çempionlar Liqasında dördüncü dəfə bir oyunda ən azı 5 qol vurub. Bu göstərici turnirdə iştirak edən bütün klublar arasında ən yüksək nəticədir.

Komandalar arasında cavab görüşü mayın 6-da Münhendə keçiriləcək. 

Namiq HUN

TodayPress TV

tag: Bavariya,PSJ,UEFA,Klub,Todaypress.tv,