Azərbaycanlı idmançı Tbilisi yarışında zirvəyə qalxdı

Azərbaycanlı idmançı Tbilisi yarışında zirvəyə qalxdı
10.03.2026 17:48 İdman

Azərbaycan parapauerliftinqçisi İlhamiz Kərimov Gürcüstanda keçirilən Avropa Açıq çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, idmançı 107 kq-dan yuxarı çəki dərəcəsində mübarizə apararaq Tbilisidə keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İlhamiz Kərimov ən yaxşı qaldırmada 115 kiloqram, ümumi nəticədə isə 330 kiloqram göstərici ilə yeniyetmələr arasında Avropa Açıq çempionatının qalibi olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər