Azərbaycanlı hakim Avropa çempionatı oyununu idarə edəcək

Azərbaycanlı hakim Avropa çempionatı oyununu idarə edəcək
16.06.2025 15:45 İdman

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

TodayPress TV xəbər verir ki, azərbaycanlı hakim Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Gürcüstan - Portuqaliya oyununu idarə edəcək. 

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını venesuelalı Aleksis Errera yerinə yetirəcək.

İyunun 17-də Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçiriləcək C qrupunun matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Qeyd edək ki, Elçin Məsiyev iyunun 12-də turnirin A qrupunun Çexiya - İngiltərə (1:3) görüşünü idarə edib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər